USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İTV-də kadr islahatları olacaq, tamaşaçı yeniliyi hiss edəcək"

01.06.2018 İqtisadiyyat
0 0
"Müasir Azərbaycana müasir televiziya lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik".

Bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru Balakişi Qasımov jurnalistlərə açıqlamasında deyib.

Baş direktorun sözlərinə görə, tamaşaçı televiziyadakı yeniliyi hiss edəcək: "Çalışacağıq ki, planlarımızı qısa müddətdə həyata keçirək".

O qeyd edib ki, televiziyada kadr islahatları olacaq: "Bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, işləməyi bacaranlar narahat olmasınlar".