"ASAN xidmət"ə yeni şöbə müdiri təyin olunub

1 İyun 16:16 Sosial
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni təyinat olub.

"Kommersant.Az" xəbər verir ki, Dəmirli Orxan Novruz oğlu İnsan resursları və təlim şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O.Dəmirli əvvəllər Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb. O, 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, bu vəzifəni Elvin Paşayev icra edirdi. O, hazırda Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları departamentinin rəhbəri vəzifəsində çalışır.