Maliyyə Bazarlarına Nəzarət Palatası "Kommersant.Az"ı təbrik edib

04.06.2018 Sosial
Maliyyə Bazarlarına Nəzarət Palatası(MBNP) "Kommersant.Az" portalını, fəaliyyətə başlaması münasibətilə təbrik edib

"Kommersant" MBNP-nin mətbuat katibi Elşən Allahverdiyevin redaksiya kollektivinə ünvanladığı təbriki təqdim edirik:

"Bu gün maliyyə, iqtisadiyyat sektorunda baş verən yeniliklərin cəmiyyətimizə operativ və obyektiv çatdırılmasına, eləcə də vətəndaşlarımızın bu istiqamətdə maarifləndirilməsinə böyük ehtiyac duyulur.

Ümid edir və inanırıq ki, “Kommersant.az” portalı bu istiqamətdə uğurlu əməli işlər görəcək, və sektorun inkişafına öz töhvəsini verə biləcək.

“Kommersant.Az” kollektivini, portalın fəaliyyətə başlaması münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq."