Azərbaycana ölü donorlar gətiriləcək - Qanuna dəyişiklik edilir

05.06.2018 Sosial
Azərbaycanda ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi prosesi həyata keçiriləcək.

"Kommersant" xəbər verir ki, bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.

Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Dəyişiklik layihəsi sabah Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə ediləcək. (azvision.az)