Prezident İlham Əliyevin göstərişi əsasında qəbul imtahanlarında 500 və daha çox bal toplayan, Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı yönümlü ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək.
Universitetdən "Kommersant"a verilən məlumatına görə, aqrar yönümlü ixtisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır.
Universitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana da vəd edir.
Aqrar yönümlü ixtisaslar:
-Torpaqşünaslıq və aqrokimya
-Aqronomluq
-Meşəçilik
-Zootexniklik
-Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
-Aqromühəndislik
-Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi