Azərbaycan polisi haqqında marş yazılıb

2 İyul 09:40 Sosial
Azərbaycan polisinin 100 illiyi ərəfəsində ölkə polisi haqqında yeni marş yazılıb.

"Kommersant"ın xəbərinə görə, sözləri Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşı, polis kapitanı Elşad Hacıyevə aid olan marşın bəstəkarı Aydan Əliyevadır. Aranjemanı BŞBPİ-nin əməkdaşı, polis mayoru Xəyal Məmmədov edib. Marşı Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyev ifa edib.

Qeyd edək ki, bu gün Azərbaycan polisinin 100 illik yubileyidir.

Marşın sözləri belədir:

Şanlı tarix keçibdir,

Hər anında Vətən var,

Hər sözündə Vətən var,

Vətəndaşı, insanı

Qoruyandı, qoruyan,

Azərbaycan Polisi!!!

***

Vəzifəsi müqəddəs,

Sədaqəti əbədi,

Azərbaycan polisi!

Vicdanla qorumağa,

And içibdir Vətəni

Azərbaycan polisi!

***

Gecə-gündüz demədən,

Asayiş keşiyində,

Ayıq-sayıq dayanıb,

İnsandır əmanəti,

Xalqına xidmət edir -

Azərbaycan polisi!

***

NƏQARƏT

Vətən yolu – haqq yolu,

Haqq yolundan dönməyən,

Lazımsa, cannan keçər,

Azərbaycan polisi!

Vətən yolu – haqq yolu,

Haqq yolundan dönməyən,

Lazımsa, cannan keçər,

Azərbaycan polisi!

Azərbaycan polisi!

  • Əvvəlki

    Azərbaycan polisinin 100 illiyi münasibətilə təntənəli mərasim keçirilir

Digər xəbərlər