AMEA bir neçə saat işıqsız qalıb

2 İyul 16:17 Sosial
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elektrik enerjisi ilə təchizatında bir neçə saatlıq fasilə yaranıb.

"Kommersant" xəbər verir ki, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin "Report"a verdiyi məlumata görə, buna səbəb AMEA-nın daxili elektrik sistemində yaranmış problem olub.

"Əməkdaşlarımız hadisə yerində olub və problemi aradan qaldırmağa kömək ediblər. Artıq elektrik enerjisinin verilişi bərpa olunub", - o deyib.