USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sərnişinlərdən ödəniş yığan avtobus sürücüləri cəzalandırılacaq - AGENTLİKDƏN AÇIQLAMA

04.07.2018 İqtisadiyyat
0 0
Qısa müddətdə baş verənlərlə bağlı araşdırmaya başlanılacaq.

Xəbər verdiyimiz kimi Bakı Nəqliyyat Agentliyi (BNA) bütün avtobuslara göstəriş verib ki, bu gün heç kimdən pul alınmasın.

Lakin "Kommersant"ın xüsusi çəkiliş qrupunun paytaxtda apardığı kiçik izləmə bəzi sürücülərin göstərişə əməl etmədiyini ortaya çıxarıb. Belə ki, çəkiliş zamanı ciblərinə "ianə" yığan bəzi avtobus sürücüləri əməkdaşımızı görən kimi sərnişinlərdən pul almağı dayandırıb.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev xüsusi araşdırma aparılacağını bildirib:

"Dediyiniz vəziyyətlə bağlı müxtəlif xəbər portallarında informasiyalar gedib. Bu haqda məlumatlıyıq. Qısa müddətdə baş verənlərlə bağlı araşdırmaya başlanılacaq".

Videoya buradan baxın: Bu gün bütün avtobuslar pulsuzdurmu? - VİDEO FAKT

  • Əvvəlki

    XİN 2 yaşlı Zəhranın öldürülməsi ilə bağlı bəyanat yayıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0