Fövqəladə Hallar Nazirliyi Nəsimi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb

1 Sentyabr 00:40 Sosial
Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən "Kommersant.az"a bildiriblər ki, paytaxtın Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində binanın ikinci mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı ev və bitişik, birmərtəbəli evin (hazırda yaşayış yoxdur) 100 kvadratmetri yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.