Zibil yandırdı - 500 manat cərimələndi - SABİRABADDA

04.10.2018 Sosial
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu Nərimanabad kəndi ərazisində fəaliyyət göstərən avtomobillərə texniki xidmət məntəqələrində formalaşan müxtəlif mənşəli tullantıların qalaqlanaraq yandırıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən "Kommersant.az"a daxil olan məlumata görə, faktla bağlı məntəqələrin sahibləri Sabirabad rayon sakinləri Fəqan Ağazadə, İmaməli Həsənov, Ulduz Kərimov və Mahir Bağırov barəsində protokollar tərtib olunub.

Təqsirkarların hər biri inzibati qaydada 500 manat məbləğində cərimə edilib və tullantıların qısa müddət ərzində təmizlənməsi üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş” lər verilib.