USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

92 əcnəbi saxlanılıb

05.10.2018 İqtisadiyyat
0 0
Dörd gün ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 92 əcnəbi saxlanılıb.

"Kommersant.az" xəbər verir ki, saxlanılmış şəxslərdən 18 nəfərinin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 69-nun isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 68 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.