Məktəb tikintisinə 1 milyon manat ayrıldı - SƏRƏNCAM

12 Oktyabr 18:12 Sosial
Azərbaycan Respublikası Prezidenti Ağcabədi rayonunun Salmanbəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Kommersant.az" müvafiq Sərəncamın tam mətnini Azərtaca istinadən təqdim edir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağcabədi rayonunun Salmanbəyli kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il."

  • Əvvəlki

    Rubl kəskin bahalaşdı - SON QİYMƏT

Digər xəbərlər

15 Oktyabr 16:40 Sosial
Pensiyalar 8,4% artıb - HESABAT
0 0
15 Oktyabr 15:59 Sosial
Quş ovuna görə 117 min manat - CƏRİMƏ
0 0
15 Oktyabr 13:51 Sosial
8101 nəfər Azərbaycandan qovuldu - SƏBƏB
0 0
12 Oktyabr 16:40 Sosial
İstirahət günlərinin - HAVA PROQNOZU
0 0
12 Oktyabr 13:46 Sosial
Külək əsəcək
0 0
12 Oktyabr 12:37 Sosial
Sürücülərin - NƏZƏRİNƏ
0 0
11 Oktyabr 11:57 Sosial
Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
0 0
10 Oktyabr 12:57 Sosial
24 dərəcə isti olacaq
0 0
10 Oktyabr 10:53 Sosial
"Proqress-2016"nın işçisi ağac kəsib
0 0