USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İyulun 1-dən nəzarətə başlayırıq"

11.05.2018 İqtisadiyyat
0 0
"İyulun 1-dən idxal olunan bitki və heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək"

"Kommersant.Az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, həmin məhsulların fitosanitar sertifikatları ilə təmin olunması da Agentlik tərəfindən həyata keçiriləcək.

O bildirib ki, idxal edilən baytarlıq preparatlarının satışı və dövriyyəsini Kənd Təsərrüfatı Nazirliyi icra edəcək: "Həmin preparatların keyfiyyətinə isə Agentlik nəzarət edəcək. Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək".

Qeyd edək ki, bu gün Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ölkənin qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirib.

Tədbirdə bu ilin mayın 16-18-də Bakıda baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018"də məhsullarını nümayiş etdirəcək sahibkarlar iştirak edib. Görüşün keçirilməsində məqsəd sahibkarlarla dialoqun qurulması və qarşılıqlı etimad mühitinin yaradılması olub.

  • Əvvəlki

    Dolların mayın 14-nə olan məzənnəsi

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0