Dieqo Maradona xəstəxanaya yerləşdirilib

6 İyun 21:38 İdman
Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona Kolumbiyanın Kali şəhərində xəstəxanaya yerləşdirilib.

"Kommersant"ın "Report"a istinadən verdiyi məlumatına görə, o, dizindən əməliyyat oluna bilər.

Nəşrdə bildirilir ki, D.Maradona artıq bir neçə aydır ki, sol dizində ağrılar hiss edir. Maradonanın 6-8 gün xəstəxanada qalacağı ehtimal olunur.

Qeyd edək ki, D.-Maradona Belarusun "Dinamo" (Brest) klubunun idarə heyətinin sədridir.