DÇ-2018: Braziliya vurduğu qolların sayına görə yeni rekorda imza atıb

2 İyul 22:27 İdman
DÇ-2018-in 1/8 final mərhələsinin Braziliya – Meksika oyunu yeni rekordla əlamətdar olub.

"Kommersant"ın Apasport.az saytına istinadən məlumatına görə, qarşılaşmada hesabı açan Neymar “sambaçılar”ın dünya çempionatlarında 227-ci qoluna imza atıb.

Bununla da “pentakampeonlar” Almaniyanın 226 qolluq rekordunu yeniləyib və mundialların ən məhsuldar komandası adına yiyələnib.

2:0 hesabı ilə qalib gələn Braziliyanın ikinci qolunu vuran Firmino isə bu rəqəmi 228-ə çatdırıb.