Gömrük ödənişləri artdı

17.12.2018 Statistika
2018-ci ilin 11 ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 253 milyon 78 min manat vəsait daxil olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 869 milyon 678 min manat və ya 36,5% çoxdur.

“Kommersant.az” Dövlət Gömrük Komitəsinin (DGK) aylıq hesabatına istinadən xəbər verir ki, ən böyük artım ƏDV üzrə qeydə alınıb. Belə ki, ƏDV üzrə vergi ödənişləri 583 436 min manat artaraq 2.223.775 min manat olub. Ümumilikdə isə 869.678 min manat artım müşahidə olunub.

Ətraflı aşağıdakı cədvəldə.

Büdcə daxilolmaları haqqında məlumat

Gömrük ödənişlər

2017-ci ilin 11 ayı

Məbləğ (min AZN)

2018-ci ilin 11 ayı

Məbləğ (min AZN)

Gömrük rüsumları üzrə

632 969.14

827 446.80

ƏDV üzrə

1 640 339.54

2 223 775.50

Aksizlər üzrə

78 248.70

165 334.50

Yol vergisi üzrə

31 842.63

36 521.60

Cəmi

2 383 400.01

3 253 078.40