Azərbaycandan bu qədər kapital çıxarılıb

17.12.2018 Statistika
Bu ilin III rübü ərzində Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üçün tədiyə balansında qeyd olunub. Hesabat dövründə Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcmi 2 mlrd. 103,5 mln. dollar olub. Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,8 mln. dollar və ya 0,8% çoxdur.

Qeyd edək ki, bu ilin I rübündə ölkədən kapitalın çıxarılmasının həcmi 603,4 mln. dollar, II rübdə 1 mlrd. 109,6 mln. dollar, III rübdə isə 390,5 mln. dollar təşkil edib.