Ət idxalı 10% azalıb

16 May 13:05 Statistika
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 19 mln.357,37 min dollar dəyərində 13 465,86 ton ət idxal edib.

Bu barədə "Kommersant.Az" Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 1 501,1 ton və ya 10,03% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 mln. 819,77 min dollar və ya 8,59% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 21 mln. 177,14 min dollar dəyərində 14 966,96 ton ət idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,64%-ni təşkil edib.

  • Əvvəlki

    “Statoil” Azərbaycanda daha bir şirkət yaradıb

Digər xəbərlər

20 Avqust 16:06 Statistika
Həkimlərin sayı azalıb
0 1
18 Avqust 14:55 Statistika
Ən çox maaş hansı sektordadır - STATİSTİKA
0 0