POS-terminalların sayı yenidən artmağa başlayıb

6 İyun 12:35 Statistika
Azərbaycanda POS-terminalların sayı yenidən artmağa başlayıb.

"Kommersant" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Aprel ayında POS-terminalların sayı 120 ədəd artaraq 65 min 262 ədədə çatıb.

2015-ci ilin sonunda Azərbaycanda bankların POS-terminallarının sayı 80 min 301 ədədə çatmışdı. Bu say ilə müqayisədə hazırda POS-terminalların sayı 15 min 39 ədəd azdır.