Banklarda işləyənlərin sayı 491 nəfər artdı

2 İyul 12:32 Statistika
Azərbaycanın bank sektorunun işçi heyəti bu il İyunun 1-nə 16 662 nəfər təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, bu, Mayın 1-i ilə müqayisədə 159 nəfər çoxdur.

Apreldə bank sektorunun işçi heyəti 114 nəfər artmışdı.

İlin əvvəlinə nisbətən bank işçilərinin sayı 491 nəfər artıb.

  • Əvvəlki

    Bakı metrosunda sərnişinlər qatardan boşaldıldı - HƏYƏCAN

Digər xəbərlər