İçki və siqaretə 13 milyon manat xərcləmişik - 9 AYIN STATİSTİKASI

11 Oktyabr 14:51 Statistika
2018-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 26,2 milyard manata bərabər olub.

"Kommersant.az" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin bu ilin 9 ayı üzrə pərakəndə ticarət dövriyyəsi haqqında yayımladığı hesabatında yer alıb. Məlumatda bildirilir ki, ticarət dövriyyəsinin 13133,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13024,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1% və 3,3% üstələyib.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2017-ci ilin yanvar- sentyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 26 158,1 102,7
o cümlədən:
ərzaq məhsulları 12 013,5 102,2
içkilər və tütün məmulatları 1 120,4 101,0
toxuculuq məhsulları, geyim və ayaqqabılar 4 759,2 103,4
elektrik malları və mebellər 1 632,9 102,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 192,7 102,1
əczaçılıq və tibbi mallar 349,7 102,4
avtomobil yanacağı 1 485,2 101,9
digər qeyri-ərzaq məhsulları 4 604,5 103,8

Hesabat dövründə alıcıların son istehlak məqsədi ilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 18,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 16,9%-i ticarət müəssisələri, 50,8%-i fərdi sahibkarlar tərəfindən, 32,3%-i isə bazar və yarmarkalarda satılıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 296,3 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.