Son on üç ildə məzun olanların sayı 40 min nəfərə yaxın azalıb

14 May 12:13 Statistika
Məlumata görə, son on üç ildə məzunların sayı 39429 nəfər azalıb.

"Kommersant.Az"ın məlumatına görə, ötən il ümumtəhsil müəssisələrini 83679 məzun bitirib.

Bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur. Son on üç ildə məzunların sayı 32.03% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2016-cı illə müqayisədə məzunların sayı 3651 nəfər azalıb. Bununla belə qeyd etmək lazımdır ki, sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı heç də azalmır, əksinə artır.

Ötən il sənəd verənlərin 75.83%-ni (59404 nəfər) builki məzunlar təşkil edib. Qeyd edək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04 və 2016-cı ildə 68.31% olub. Göründüyü kimi 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı getdikcə azalır, cari illərin məzunlarının payı isə artır. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın azalmasıdır. Bu isə öz növbəsində ümumiyyətlə abituriyentlərin tərkibində əvvəlki illərin məzunlarının payının azalması ilə nəticələnir.

Ali təhsil müəssisələrinə qəbul üçün ayrılmış yerlərin 32.29%-i I, 30.14%-i II, 22.84%-i III, 7.55%-i IV, 7.19%-i isə V qrupun payına düşür. 2016-cı illə müqayisədə plan yerləri I qrupda 1.23, II qrupda 5.37 və V qrupda 7.46% artıb, III və IV qruplarda isə müvafiq olaraq 0.12 və 2.72% azalıb.

  • Əvvəlki

    Bakıda AZAL-ın təmsil olunduğu beynəlxalq tədbir keçirilir

Digər xəbərlər

20 Avqust 16:06 Statistika
Həkimlərin sayı azalıb
0 1
18 Avqust 14:55 Statistika
Ən çox maaş hansı sektordadır - STATİSTİKA
0 0