"Kredit reytinqi modeli" üçün “KPMG Azerbaijan Limited” şirkəti cəlb edildi

2 İyul 19:07 Tender
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) "Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üzrə xidmətlərin satın alınması üçün “KPMG Azerbaijan Limited” şirkətini cəlb edib. Bu barədə Fonddan məlumat verilib.

“KPMG Azerbaijan Limited” şirkəti İKZF-nin "Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üzrə xidmətlərin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi olub və onunla 28 iyun 2018-ci il tarixli satınalma müqaviləsi bağlanıb.

Xəbər verildiyi kimi, tenderin şərtlərinə əsasən, hər iki sistem tenderin qalibi ilə müqavilə bağlandıqdan sonra 3 ay ərzində yaradılmalıdır.

  • Əvvəlki

    Türkiyə 1 milyon ton pambıq istehsal edəcəyini gözləyir

Digər xəbərlər