Yataqxana kompleksinin tikintisi ilə əlaqədar investorlar seçilir

2 İyul 19:48 Tender
İqtisadiyyat Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxana kompleksinin tikintisi ilə əlaqədar investorlar seçir. Bu barədə nazirliyin elanında deyilir.

Yataqxana kompleksinin tikintisi üzrə investisiya layihəsi "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçiriləcək.

Namizəd şirkətlər investisiya təkliflərini 3 avqust 2018-ci il tarixinədək təqdim edə bilər.

Tender proseduru avqustun 4-də baş tutacaq.

Müsabiqə zamanı qalib şirkətin seçilməsi üçün aşağıdakı meyarlardan istifadə olunacaq: Təklifin qiyməti; namizəd şirkətin ixtisas göstəriciləri; ən ucuz xidmət haqqı; ən az idarəetmə və təhvilvermə müddəti.

Müsabiqənin qalibi ilə 5 iş günü ərzində müqavilə imzalanacaq.

  • Əvvəlki

    "Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

6 Noyabr 18:57 Tender
MİDA 500 manatlıq tender elan edir
0 0
6 Noyabr 15:34 Tender
"Bank VTB" tenderə dəvət edir - TENDER
0 0
5 Noyabr 17:59 Tender
Nazirlik tenderə dəvət edir
0 0