AZAL 3300 manata - TENDER ELAN EDİR

1 Noyabr 18:59 Tender
"Azərbaycan Hava Yolları" QSC Aviasiya yanacağının daşınması üçün nəzərdə tutulan xüsusi avtonəqliyyat vasitələri - avtosisternlərlə bağlı açıq tender elan edib.

"Kommersant.az" tender şərtlərini təqdim edir:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Aviasiya yanacağının daşınması üçün nəzərdə tutulan xüsusi avtonəqliyyat vasitələri - avtosisternlər

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu (AZ1044) (Əlaqələndirici şəxs :Əli Abasov, telefon :(012) 497-26-00 (2267; 2946)) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 3300 manat

Hesab: АZ15АZАL38050001000000000000
VÖEN 9900000831
Bank: Bank Silk VeyÂ
Kodu: 507473
VÖEN: 9900006241
M/H: АZ70NABZ01350100000000020944
S.W.İ.F.T: AZAL AZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün yazılı müraciət; Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); Tender təklifi dəyərinin 4 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır); Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-12-06 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-12-17 18:00qədər Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu (AZ1044) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-12-18 11:00 tarixində «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti АZ1044,Bakı şəhəri,Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

  • Əvvəlki

    Tullantıların idarə edilməsi təkmilləşdiriləcək

Digər xəbərlər

6 Noyabr 18:57 Tender
MİDA 500 manatlıq tender elan edir
0 0
6 Noyabr 15:34 Tender
"Bank VTB" tenderə dəvət edir - TENDER
0 0
5 Noyabr 17:59 Tender
Nazirlik tenderə dəvət edir
0 0