"Bank VTB" dən növbəti tender elanı - REKLAM İŞLƏRİ

13.11.2018 Tender
"Bank VTB (Azərbaycan)" ASC Restaylinqin həyata keçirilməsi çərçivəsində вankın ofislərində çöl və daxili reklam-tərtibat işlərinin aparılması üzrə tender elan edir.

"Kommersant.az" xəbər verir ki, Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 19.11.2018-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, "Bank VTB (Azərbaycan)" ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

"Bank VTB (Azərbaycan)" ASC-nin müsabiqə (Tender) komitəsindən Fəranə Heydərovaya (əlaqələndirici şəxs) müraciət etmək üçün əlaqə vasitələri:

Telefon: 012 492-00-80 (daxilinömrə 1233)
Faks: 012 437-71-21
Mob.: 055212-03-31

Qeyd edək ki, tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar.