Azərbaycandan Gürcüstana səfər edənlərin sayı daha da artıb

5 İyun 12:26 Turizm
Ötən ay Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin içərisində Azərbaycan vətəndaşları ikinci olub.

"Kommersant" bildirir ki, Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına görə, may ayında Azərbaycandan qonşu ölkəyə 102 845 nəfər səfər edib. Bu, ötən ilin analoji göstəricisindən 7,4% çoxdur.

Ötən ay Gürcüstana Azərbaycanla yanaşı, ən çox Rusiya (112 386 nəfər), Ermənistan (85 394 nəfər) və Türkiyə (83 257 nəfər) vətəndaşları səfər edib. Yanvar-may aylarında Gürcüstana ümumilikdə 485 733 nəfər Azərbaycan vətəndaşı gedib. Ötən ilin eyni göstəricisi ilə müqayisədə qonşu ölkəyə Azərbaycandan səfər edənlərin sayında 10,7% artım qeydə alınıb.

May ayında Gürcüstana ümumilikdə 633 086 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 7,8% çoxdur. Əcnəbi ziyarətçilərin 359 744 nəfəri turist (+16,1%) olub.

Yanvar-may aylarında isə ölkəyə 2 834 576 nəfər əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 13,6% çoxdur.

  • Əvvəlki

    SƏDR: Büdcə paketində gömrük rüsumlarına baxılır

Digər xəbərlər

5 Noyabr 10:29 Turizm
Turistlər nədən qorxur?
0 0
3 Noyabr 10:16 Turizm
Muzeylərə giriş məhdudlaşdırılır
0 0
1 Noyabr 00:16 Turizm
Ukraynada Azərbaycana 20 minlik səfər
0 0
23 Oktyabr 17:11 Turizm
Ən ucuz dəniz turları
0 0
23 Oktyabr 16:50 Turizm
Ölkədən gedənlərin sayı artıb
0 0