Bu ilin 6 ayı ərzində ölkəyə nə qədər turist gəlib - RƏQƏMLƏR AÇIQLANDI

3 İyul 11:29 Turizm
İlin ilk yarısında milli parklara 24 261 nəfər turist gəlib

"Kommersant" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatlara istinadən xəbər verir ki, gələn turistlərin 21 min 223 nəfəri yerli, 3038 nəfəri xarici vətəndaş olub.

Bu ilin 6 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara ümumilikdə 24 min 261 nəfər turist səfər edib.

Qeyd edilib ki, ötən illərin 6 ayı ilə müqayisədə turistlərin sayında artım müşahidə olunur.

Hazırda ölkədə milli park statuslu qorunan ərazilərin sayı 9-dur. Milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 ədəd turist marşrutu fəaliyyət göstərir.