Ərəb şəhərlərindən Bakıya uçuşların vaxtı məlum oldu

11 May 14:44 Turizm
Səudiyyə Ərəbistanına məxsus “Flynas” aviaşirkətinin Ər-Riyad və Dammamdan Bakıya olan uçuşlarının vaxtı məlum olub

"Kommersant.Az" xəbər verir ki, bu barədə aviaşirkət öz “twitter” hesabında məlumat yayıb.

Bildirilib ki, Ər-Riyad-Bakı aviareysi iyunun 8-dən, Dammam-Bakı aviareysi isə iyun ayının 15-dən başlayacaq. Hər iki aviareys üzrə uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək.