Bəhreyn aviaşirkəti Bakıya uçuşlara başlayır

14 May 11:11 Turizm
Bəhreynin məşhur "Gulf Air" aviaşirkəti iyunun 12-dən Bakıya uçuşlar həyata keçirəcək.

"Kommersant.Az" xəbər verir ki, bu barədə məlumat şirkətin internet səhifəsinə yer alıb.Məlumata görə, aviareyslər həftədə 5 dəfə yerinə yetiriləcək.

Bu, "Gulf Air"in Azərbaycan bazarına ilk gəlişidir.