USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabahdan 15 ölkənin vətəndaşlarına hava limanlarında viza verilməsinə başlanılır

14.05.2018 İqtisadiyyat
0 0
Sabahdan etibarən 15 dövlətin vətəndaşları Azərbaycanın hava limanlarında “ASAN Viza” sistemi ilə viza ala biləcəklər.

"Kommersant.Az" məlumat verir ki, bu yenilikdən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları faydalana biləcək.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından "ASAN Viza" sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır. Bu ilin mayına kimi 420 minə yaxın əcnəbiyə "ASAN Viza" sistemi vasitəsilə elektron viza verilib.

  • Əvvəlki

    İnsanları Sosial Media asılılığından xilas edəcək kameralı telefon hazırlandı

Digər xəbərlər