USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstünda gətirilən avtomobillərin sayı kəskin artdı

23.01.2019 İqtisadiyyat
0 0
Ötən il Azərbaycan Gürcüstandan 13 047 avtomobil idxal edib.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında deyilir.

Azərbaycana idxal olunan avtomobillərin ümumi dəyəri 190 284,2 min dollar təşkil edib. Gürcüstandan gətirilən avtomobillərin sayı 2,8 dəfə, qiyməti 2,1 dəfə artıb.

Qeyd edək ki, 2017-ci ildə bu ölkədə Azərbaycana 4 548 avtomobil idxal olunmuş, onların dəyəri 88 118,9 min manat təşkil etmişdi.