USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bəzi avtobuslar gömrük rüsumundan azad olundu

06.02.2019 İqtisadiyyat
0 0
Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş və sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün idxal gömrük rüsumları müəyyənləşib.

"Kommersant.az" xəbər verir ki, məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulan avtobuslar idxal gömrük rüsumundan azad edilib.

Sıxılmış qazla hərəkətə gətirilən xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər də idxal gömrük rüsumundan azad olunub.

Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.

Baş nazir Novruz Məmmədovun imzaladığı qərar gələn aydan qüvvəyə minəcək.

  • Əvvəlki

    Zəlzələ nəticəsində xəsarət alanların - SAYI AÇIQLANIB

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0