USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nobel prospekti bağlanır: alternativ yollar - XƏRİTƏ

08.02.2019 İqtisadiyyat
0 0
Yaxın günlərdə Nobel prospektindən şəhər istiqamətinə hərəkətin 20-25 gün müddətində tam məhdudlaşdırılması planlaşdırılır.

"Kommersant.az" xəbər verir ki, prospekt yolun hərəkət hissəsində çökmə baş verməsi səbəbindən bağlanır.

Belə ki, dərinlikdən keçən kollektora qrunt sularının dolduğu aşkarlanıb. Ərazidə qrunt sularının axıcılığını təmin etmək və və bərkitmə işləri aparmaq barədə qərar qəbul olunub.

Prospektin bağlanması barədə xəbərlər sürücüləri alternativ yollar axtarmağa vadar edir.

Oxu.Az-ın müxbiri bunu nəzərə alaraq, alternativ yolları araşdırıb.

Birinci təklif: Nobel prospekti ilə şəhər istiqamətinə hərəkət edərkən Süleyman Əhmədov küçəsinə daxil olmaqla, bu ərazidə yerləşən yaşayış massivlərindəki yollardan istifadə edərək, AFFA-nın inzibati binasının yanından prospektə dönmək.

İkinci təklif: Nobel prospekti ilə şəhər istiqamətində hərəkətdə olarkən Süleyman Əhmədov küçəsinə daxil olmaq, Babək prospektindən mərkəzə doğru hərəkət etmək.
Nəzərə alaq ki, bu yollardan istifadə edərkən tıxac və nəqliyyatın sıxlığının yaşanması ehtimalı yüksəlir.

Hətta yol bağlanmasa da, qeyd edilən ərazidə alternativ yolların və əlaqələndirmə imkanlarının az olması "Nargilə dairəsi" adlanan ərazinin, o cümlədən, Ramiz Quliyev küçəsinin yüklənməsinə səbəb olur.

Ərazidə tıxaca düşməmək üçün dövlət qurumları layihələr hazırlayıb.

Həmin layihəni təqdim edirik:

Xatırladaq ki, Nobel prospektində bundan öncə də - yolun altında qrunt suları torpağı yuduğu üçün çökmə baş vermişdi.