Metroda gecikmə olub - SƏBƏB - "İçərişəhər"də qatarda nasazlıq

14.02.2019 Nəqliyyat
Metroda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə metronun "İçərişəhər" stansiyasında baş verib: "Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Bu da qatarların intervalında gecikməyə səbəb olub".

Onun sözlərinə görə, nasazlıq yaranan qatar depoya göndərilib.

Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkətlərini davam etdirir.

  • Əvvəlki

    BTC kəməri ilə 417 milyon tondan çox neft nəql olunub

Digər xəbərlər

12.02.2019 Nəqliyyat
Metro istifadəçilərinə - ŞAD XƏBƏR
0 0
09.02.2019 Nəqliyyat
Bakıda yollar niyə çökür?
0 0