USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

3 gündür ki, metroya minmək olmur…

20.02.2019 İqtisadiyyat
0 0
Universitetlərdə ikinci semestr başlayandan sonra metrodakı sıxlıqla bağlı narazılıqlar yenidən artmağa başlayıb. Xüsusilə də günün pik saatlarında qatara minə bilməyən sərnişinlər sosial şəbəkələrdə bununla bağlı şikayətlərini bildirir. Qeyd olunur ki, istər qatarda, istərsə də platformalarda ürək zəifliyi, müxtəlif xəstəliyi olan şəxslərin halı tez-tez pisləşir.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələylə bağlı "Qafqazinfo"ya bildirib ki, qatarlar arasındakı intervalı 2 dəqiqədən aşağı salmaq hazırkı vəziyyət üçün mümkünsüzdür:

"Hazırda metro payız-qış qrafikinə uyğun işləyir və qatarlararası interval üçün ən minimal hədd 2 dəqiqədir. Hətta biz qatarların sayını artırsaq belə, bu intervala toxuna bilmərik. Gələcək inkişaf strategiyamızda bu məsələnin həlli üçün planlar var. Ancaq bunun üçün yaşıl və qırmızı xətlər ayrılmalıdır. Hazırda "Həzi Aslanov-2" və bənövşəyi xətdə tikinti davam etdirilir. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən problemlərin həll olunması gözlənilir".

Xatırladaq ki, bu səhər metronun N. Nərimanov stansiyasında ölüm hadisəsi baş verib. Ürəktutmasından vəfat edən 58 yaşlı sərnişin Hidayət Ömərovun da halının metrodakı sıxlıqdan pisləşdiyi deyilir.

  • Əvvəlki

    Azərbaycanda maraqlı hadisə: 4 ildir dünyasını dəyişən şəxs radara düşdü - FOTO

Digər xəbərlər