Xocasən-Lökbatan yolunda hərəkət məhdudlaşdırılır

1 İyun 10:58 Nəqliyyat
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 09:30-dan axşam saatlarınadək Binəqədi- Qaradağ rayonu, Xocasən-Lökbatan yolu, Xocasən dairəsindən Meyvəli dairəsinə kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu barədə "Kommersant.Az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


  • Əvvəlki

    Bakı-Ələt-Qazax avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Digər xəbərlər

19 Noyabr 19:28 Nəqliyyat
Avtomobillər üçün vergi 50 faiz artırılır
3 2
19 Noyabr 12:54 Nəqliyyat
Bakıdan Küveytə uçuşlar başlayacaq
0 1