Dünyanın ən bahalı satışı oldu

4 İyun 10:21 Nəqliyyat
1963-cü ildə istehsal edilmiş Ferrari GTO modeli, 70 milyon dollarla indiyə qədər satılan ən bahalı avtomobil olub. Həmin avtomobildən sadəcə 36 ədəd istehsal edilmişdi. Daha əvvəl məlum olan ən yüksək rəqəm 2013-ci ildə 52 milyon dollarla yenə bir 1963 Ferrari GTO satışında baş vermişdi

Dünyada tanınmış kolleksiyaçı Ferriari mütəxəssisi Marcel Massini, 1963-cü ildə istehsal edilmiş Ferrari GTO-nun 70 milyon dollar qiymətlə Alman kolleksiyaçısı David MacNeil-ə satıldığını iddia edib. Bu rəqəm indiyə qədər bir avtomobil üçün ödənən ən yüksək məbləğdir.

"Kommersant" xəbər verir ki, daha əvvəl məlum olan ən yüksək rəqəm 2013-cü ildə 52 milyon dollarla yenə bir 1963 Ferrari GTO modelinin satışında baş vermişdi.

Avtomobilin yeni sahibi MacNeil, avtomobil ayaqaltıları istehsalçısı "Weathertech" şirkətinin qurucusudur.


2014-ci ildə isə 1962 model bir Ferrari GTO 38 milyon dollara satılmışdı.

Ferrari GTO-lar koleksiyaçılar üçün dəyərli bir vasitədir. Nadir olması, gücü, gözəlliyi və yarış meydanlarında uğuru ilə hər vaxt kolleksiyaçılar arasında məşhurluğunu qoruyur.

70 milyon dollara satılan Ferrari GTO, 1964-ci ildə keçirilən "Tur de France" rallisində birinci olmuşdu.

Avtomobilin yeni sahibi MacNeil suallara cavab verməyib.