Bakı Metropoliteninə yeni mətbuat katibi təyin edildi

04.06.2018 Nəqliyyat
Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə ayrılan Nəsimi Paşayevi hazırda Bəxtiyar Məmmədov əvəz edir.

"Kommersant" xəbər verir ki, bu gün Bakı Metropolitenini QSC-nin sədri Zaur Hüseynov B.Məmmədovu kollektivə təqdim edib.

B.Məmmədov qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisinin müavini vəzifəsini tutur. (modern)