USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır - “BMW” 5200 MANAT

04.06.2018 İqtisadiyyat
0 0
Azərbaycanda dövlət maşınları satışa çıxarılıb.

"Kommersant" xəbər verir ki, 20 iyun tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. Siyahıda 9 avtomobil yer alıb.

1-ci sətirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

S/N Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitəsinin markası
Buraxılış ili
Start qiyməti
(manatla)

10% beh
(manatla)
1. Nazirlər Kabineti Aparatının İşlər İdarəsi BMW 730 2006 28000 2800
2. Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2006 3525 353
3. Baş Prokurorluğu QAZ 31105-100 2008 2000 200
4. Baş Prokurorluğu VAZ-21213 2003 1300 130
5. DIN Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FIAT Doblo 2007 3500 350
6. DIN Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FIAT Doblo 2007 3500 350
7. DIN Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FIAT Doblo 2007 3500 350
8. DIN Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı BMW-320 2007 5200 520
9. DIN Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı BMW-320 2007 5200 520

2-ci sətirdə Azərbaycan Respublikası Milli Məclisi İşlər İdarəsinin nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

  • Əvvəlki

    Cəbhəyanı ərazilərdə heyvanlara baytarlıq baxışı keçirilib - FOTO

Digər xəbərlər