Apreldə nəqliyyat və rabitə sektoruna böyük məbləğdə kredit verilib

6 İyun 16:17 Nəqliyyat
Aprel ayında Azərbaycanda bankların müştərilərə verdiyi kreditlərin artdığı açıqlanıb. Əvvəlki aylar kreditlər azalırdı.

"Kommersant" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Apreldə müştərilərə verilmiş kreditlər 152,3 milyon manat artaraq 11 milyard 815.8 milyon manata çatıb. Artımın əsas səbəbi bir ayda nəqliyyat və rabitə sektoruna verilmiş kreditlərin 111,9 milyon manat artması olmuşdur.

Belə ki, Aprel ayında,

-Ticarət və xidmət sektoruna verilən kreditlər 11,7 milyon manat azalaraq 1 milyard 991.8 milyon manata geriləyib,

-Energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 3 milyon manat azalaraq 308,7 milyon manata geriləyib,

-İnşaat və əmlak sektoruna verilən kreditlər 14,1 milyon manat azalaraq 515.3 milyon manata düşüb,

-Kənd təsərrüfatı və emala verilən kreditlər 4,7 milyon manat artaraq 455.9 milyon manata yüksəlib,

-Sənaye və istehsal sektoruna verilən kreditlər 21,1 milyon manat artaraq 675.2 milyon manata yüksəlib,

-Nəqliyyat və rabitəyə verilən kreditlər 111,9 milyon manat artaraq 1 milyard 104.8 milyon manata yüksəlib,

-Ev təsərrüfatlarına verilən kreditlər (əsasən istehlak kreditləri) 54,3 milyon manat artaraq 4 milyard 689.4 milyon manata yüksəlib,

-İctimai təşkilatlara verilmiş kreditlər 200 min manat azalaraq 9.8 milyon manaya düşüb,

-Hökumət idarələrinə verilmiş kreditlər 100 min manat azalaraq 900 min manata düşüb,

-Digər sektorlara verilmiş kreditlər 0,8 milyon manat artaraq 149.4 milyon manata yüksəlib.

  • Əvvəlki

    Dövlət Reklam Agentliyi gözlənilən yenilikləri açıqlayıb

Digər xəbərlər

7 Noyabr 22:00 Nəqliyyat
Kanada da təyyarə qəzası - YARALILAR VAR
1 0
7 Noyabr 11:30 Nəqliyyat
Bu yol tezliklə istifadəyə veriləcək
0 0