Həftədə 6000 ədəd "Model 3" istehsal edəcək

2 İyul 18:38 Nəqliyyat
Tesla-dan verilən açıqlamaya görə, şirkət, ikinci rübün son yeddi günündə 5031 ədəd "Model 3S" və 1913 ədəd "Model S" və "Model X" avtomobili istehsal edib.

"Kommersant" xəbər verir ki, şirkət, ikinci rübdə cəmi 40740 ədəd avtomobil təhvil verib.

Tesla, "Model 3" istehsalını gələn ayın sonlarına qədər həftəlik 6000 ədədə yüksəltməyi planlaşdırır.

Panasonic, "Tesla Model 3"ün istehsal artımı ilə əlaqədar batareya qıtlığı yaranmağa başladığını açıqlamışdı.

Panasonic tərəfindən verilən açıqlamada, "Tesla Model 3" avtomobillərinin istehsalındakı artımın kəsir yaranmasına səbəb olduğunu bildirmişdi.

Panasonic səhmdarlarının toplantısında şirkətin Avtomobil sektoru sədri Yoshio Ito, "Tesla Model 3 istehsalında kəskin yaxşılaşma oldu və hazırda tez-tez batareya sıxıntısı yaşanır" deyib.

Tesla-nın İcraçı direktoru Elon Musk, ötən həftə verdiyi açıqlamada, şirkətin İyun ayının sonuna qədər həftədə 5 min avtomobil məqsədinə çatmağı qarşılarına məqsəd qoyduqlarını bildirmişdi.