Azərbaycanın sifariş etdiyi yük təyyarələrinin istehsalı ləngiyir

2 İyul 18:41 Nəqliyyat
Azərbaycanın Ukraynanın "Antonov" şirkətinə sifariş verdiyi 10 ədəd "An-178" markalı yük təyyarəsinin istehsalı ləngiyir.

Ukrayna mətbuatı xəbər verir ki, bu barədə şirkətin prezidenti Aleksandr Donets məlumat veri.

Onun sözlərinə görə, təyyarələrin istehsalına Rusiyadan alınan ehtiyat hissələrinin başqaları ilə əvəz olunmasından sonra başlanılacaq.

"İki həftə bundan əvvəl Azərbaycandan olan nümayəndə heyəti bizimlə danışıqlar aparmaq üçün gəlmişdi. Deməliyəm ki, onlar məsələyə peşakar yanaşırlar, vəziyyəti anlayırlar. Təyyarə Azərbaycana lazımdır və ona görə də işimizin tamamlamasına qədər gözləyə bilərlər", - deyə o, qeyd edib.

Report