USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qeyri-sabit hava şəraiti dəmiryolunda çətinliklər yaradıb

11.08.2018 İqtisadiyyat
0 0
11 avqust 2018-ci il tarixində aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişib, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələyib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Kommersant.az"a daxil olan məlumata görə, Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Belə ki, Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıblar.

Qurumun yaydığı məlumatda bildirilir ki, hal-hazırda təbii fəlakət yerində - dəmir yolunda bərpa işləri aparılır.

Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaq.

11 avqust 2018-ci il tarixdə Bakı-Balakən sərnişin qatarı Bakıdan cədvəl üzrə yola salınacaq.