USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Rabitəbank" işçi axtarır - VAKANSİYA

05.06.2018 Vakansiya
1 0
“Rabitabank” ASC Marketinq departamentinə Reklam üzrə menecer vəzifəsinə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

 Marketinq strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində iştirak etmək;
 Marketinq kampaniyalarının hazırlanmasında, tətbiqində və geniş auditoriyaya çatdırılmasına aktiv dəstək göstərmək;
 Kontent, eləcə də, kommunikasiya üçün təkliflər vermək və monitorinqini aparmaq;
 Ənənəvi kanallarda brend qaydalarına və öncədən müəyyənləşmiş hədəflərə uyğun olaraq bankın təmsil olunmasını təmin etmək;
 Bankın brendinin gücləndirilməsi və imicinin yüksədilməsi üzrə tədbirləri hazırlamaq və həyata keçirmək.
 Bankın paytaxt və region filialları daxilində, eləcədə də, xaricindəki reklam daşıyıcılarının effektiv və faydalı işləməsini təmin etmək
 Bank məhsullarını aidiyyatı departamentlərlə işləyib, hazırlamaq və bütün kanallarda effektiv yerləşdirilməsini təmin etmək.

Namizədə olan tələblər:

• Ali təhsil;
• Marketinq / PR sahəsində azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini səlis, ingilis dilini qənaətbəxş səviyyədə bilmək;
• Bankda iş təcrübəsi arzuolunandır;
• Yaradıcı və təşəbbüskar olmaq;
• Stressli şəraitdə işləmə bacarığı;
• Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
• Layihələrin idarə edilməsi bacarığı;
• Yüksək kommunikasiya, təqdim etmə və yazılı ünsiyyət qurma bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Reklam üzrə menecer göstərməyiniz xahiş olunur.

  • Əvvəlki

    Azərbaycanda aqroparklar yaradılır

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0