USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank BTB" işçi axtarır - VAKANSİYA

04.07.2018 Vakansiya
0 0
Bank “BTB” ASC Katibə-resepşn vəzifəsinə işə qəbul elan edir

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

İş barədə məlumat:

- Daxil olan zəngləri, məktubları cavablandırmaq və yönləndirmək;
- Müştərilərə bank və məhsullar haqqında məlumat vermək;
- Müraciətləri qeydiyyata almaq

Tələblər:

- Azərbaycan və rus dilləri üzrə mükəmməl biliklər, ingilis dili bilənlərə üstünlük verilir;
- Ofis avadanlıqlarından istifadə bacarığı;
- MS Office proqramlarında işləmə bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Müştərilərlə nəzakətli ünsiyyət

İş qrafiki

- İş qrafiki: 09:00-18:00
- İstirahət günləri: şənbə, bazar

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində şəkilli CV-lərini 25 İyul, 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Katibə-resepşn) göstərməyiniz xahiş olunur

  • Əvvəlki

    Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0