"Azərbaycan Sənaye Sığorta"da - İŞ VAR

05.09.2018 Vakansiya
"Azərbaycan Sənaye Sığorta" ASC Kiçik mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə aid tələblər:

• Maliyyə üzrə ali təhsil;
• İş təcrübəsi 1 il (sığorta sahəsində arzuolunandır);
• Microsoft Office, 1C 8.2;
• Rus və İngilis dillərinin bilməsi üstünlükdür;
• Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəaları;
• Sığorta qanunvericiliyini bilməsi üstünlükdür;
• Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında məlumat:

• Hesab fakturaların və elektron qaimələrin tərtib edilməsi;
• Xarici və ölkədaxili köçürmələrə ödəniş tapşırıqlarının tərtib etməklə həyata keçirilməsi;
• Konvertasiya əməliyyatlarının həyata keçirilməsi və mühasibat uçotunda əks etdirilməsi;
• Gündəlik pul hərəkatı hesabatının tərtib edilməsi;
• Gündəlik banklarda olan depozitlər və cari hesablar üzrə hesabatın hazırlanması;
• Bank çıxarışlarının gündəlik mühasibat proqramına daxil edilməsi və s.
• İş yeri: Azərbaycan Sənaye Sığorta ASC.
• İş vaxtı: Həftədə 5 gün, 09:00-18:00, 13:00-14:00 nahar vaxtı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 04.10.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Kiçik mühasib”) qeyd olunmalıdır) göndərə bilərlər.