USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daxili auditor tələb olunur - VAKANSİYA

01.10.2018 Vakansiya
0 0
"Veysəloğlu Şirkətlər Qrupu" daxili auditor vəzifəsi üzrə vakansiya elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Daxili Auditor

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Ən azı 2 il mühasibatlıq və ya audit sahəsində iş təcrübəsi
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 24-40

İşin Təsviri:

Risklərin idarəedilməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarla həmin proseslərin inkişafına dair tövsiyələr vermək. Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılmasında yardımçı olmaq.

Vəzifə öhdəlikləri:

- Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak;
- Təşkilatın siyasətlərinin, prosedurların, standartların və digər normativ sənədlərin qiymətləndirilməsi;
- Təşkilatda tətbiq olunan qabaqcıl təcrübələrin qiymətləndirilməsinin aparılması;
- Kənar audit proseslərinə dəstəyin göstərilməsi;
- Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;
- Daxili audit yoxlamaları zamanı dələduzluq (fraud) risklərinin qiymətləndirilməsinin aparılması.

Tələblər:

- Distribusiya, pərakəndə, istehsalat və ya tikinti sektorları üzrə audit təcrübəsi;
- İqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit sahəsində bakalavr/magistr təhsili;
- Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
- Logo Tiger və Mikro ERP proqramlarından sərbəst istifadə etmək bacarığı arzuolunandır;
- CIA,CRMA sertifakatları üstünlükdür;
- İngilis və rus dili biliyi;
- Daim inkişafa meyillilik;
- Dürüstlük, obyektivlik və təşəbbüskarlıq.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili Auditor” yazıb CV göndərərək müraciət edilir.

  • Əvvəlki

    Bank mütəxəssis axtarır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0