USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika” mütəxəssis axtarır - VAKANSİYA

11.10.2018 Vakansiya
0 0
“Bank Respublika” ASC Partnyorlarla iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
• Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
• Əməkdaşlıq üzrə sənədləşmənin həyata keçirilməsi;
• Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
• Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi və kampaniyaların həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Təcrübə: müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzu olunandır;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 oktyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində «Partnyorlarla iş üzrə mütəxəssis» qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    Kimya müəllimi axtarılır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0