Xəzinədar işləmək istəyənlərin - NƏZƏRİNƏ

09.11.2018 Vakansiya
"Azərbaycan Beynəlxalq Bankı", Gədəbəy regionunda Xəzinədar (Kassir) vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

 Filial müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
 Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
 Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
 Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
 Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri və baş mühasibinin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
 Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;

Tələb olunan səriştələr:

 Müştərilərlə nəzakətli ünsiyyət;
 Müştərilərə vaxtında və keyfiyyətli xidmətin göstərilməsi;
 İntizam, daxili sənədlərinə və daxili qaydalarına ciddi riayət etmək.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsilli;
 Bankda ən azı 1-3 illik xəzinədar vəzifəsi üzrə stajı olan namizədlərə üstünlük verilir;
 Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq;
 Komandada işləmək bacarığı;
 Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
 Riyazi hesablama aparmaq qabiliyyəti;
 İşdə dəqiqlik və detallara fikir verməkvə yüksək məsuliyyət qabiliyyəti.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın xəzinə əməliyyatlarını dərindən öyrənmə imkanları;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Noyabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Xəzinədar (Kassir)_Gədəbəy” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

  • Əvvəlki

    "Express Bank" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

09.11.2018 Vakansiya
Kargüzar axtarılır - VAKANSİYA
0 0
08.11.2018 Vakansiya
Şirkət sürücü axtarır - VAKANSİYA
0 1